Logo

Azərbaycanda bu qadınlara fəxri adların verilməsi TƏKLİF EDİLİR

Azərbaycanda bu qadınlara fəxri adların verilməsi TƏKLİF EDİLİR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanda qadınların hüquq və imkan bərabərliyini təmin edən mükəmməl hüquqi baza yaradılıb”.

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə ana ölümünün göstəriciləri 1993-94-cü illərlə müqayisədə (60 və 70) 2018-ci ildə minimuma ensə də (17), 2019 və 2020-ci illərdə artma meyli (21 və 20) narahatlıq doğuran siqnaldır: "Bu hamımızı narahat edir. Pandemiya dövründə qadınlar (tibb işçiləri, sosial xidmət işçiləri, təhsil işçiləri və s.) ictimai-sosial cəbhənin ön xəttində olublar. Təklif edirəm ki, həmin qadınlara hansısa fəxri adlar verilsin və ya təltif edilsin”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR