Logo

Balakəndə koronavirus xəstəsinə cinayət işi başlanıldı

Balakəndə koronavirus xəstəsinə cinayət işi başlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, rayonun Qazma kənd sakini Anar Bodurovun "COVID-19” testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub.

Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onunla profilaktik söhbətlər aparıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarıblar.

A.Bodurov barəsində Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR