Logo

Direktorun işdən çıxarılma səbəbi məlum oldu - SƏBƏB

Direktorun işdən çıxarılma səbəbi məlum oldu - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

Sfera.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Qax Dövlət Kukla Teatrının direktorunun fəaliyyəti barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və barəsində tədbir görülüb:

"Bildiririk ki, öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib".

(trend)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR