Logo

DYP Nərimanovdakı yanğınla əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ

DYP Nərimanovdakı yanğınla əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nərimanov rayonunda yerləşən "Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar vətəndaşlara müraciət edib.

İdarədən Sfera.az-a bildirilib ki, yanğınla əlaqədar olaraq Ağa Nemətulla, Təbriz küçələrinin kəsişməsində və Fətəli Xan Xoysi küçəsi istiqamətində hərəkət məhdudlaşdırılıb.

"Vətəndaşlara müraciət edirik ki, qeyd edilən ərazilərə şəxsi minik vasitələri ilə hərəkət etməsinlər. Həmin istiqamətlərdəki yollar yanğının fəsadlarının aradan qaldırılmasına qədər bağlı olacaq", - DYP-dən bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR