Logo

Ayaqları kəsilən xalq artistindən xəbər var

Ayaqları kəsilən xalq artistindən xəbər var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə ay bundan əvvəl hər iki ayağı amputasiya olunan xalq artisti, tanınmış aktyor Muxtar Maniyevin səhhətində irəliləyişlər var.

Sfera.az bildirir ki, ailəsindən publika.az-a verilən açıqlamaya görə, aktyor bağda dincəlir:
"Muxtar təbiəti, ağacları çox sevir, buna görə də onu bağa gətirdik. Amma mütəmadi həkim nəzarəti altında müalicəsini davam etdirir. Əhval-ruhiyyəsi yüksəkdir, güclü olmağa çalışır. Həmişə ürəyində filmlərə çəkilmək arzusu olub, amma səhhəti ilə əlaqədar bunun mümkünsüz olduğunu da bilir. Buna görə ruhdan düşmür, həyat davam edir. Onsuz da, kinoda sözünü deyib, bütün obrazları ilə sevilib, yadda qalıb. Muxtarın elə bir rolu yoxdur ki, unudulsun".
Həyat yoldaşına göstərdiyi diqqət və qayğıya görə Nəsibə xanım Mədəniyyət və Turizm, eləcə də Səhiyyə Nazirliyinə minnətdarlığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR