Logo

Rusiyadan gətirilən 67 ton kartof məhv edildi

Rusiyadan gətirilən 67 ton kartof məhv edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"ZE-DENT” MMC tərəfindən Rusiyadan ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna baxış keçirilib.

AQTA-dan Sfera.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm ("Clavibacter michiganensis subsp. sepedonicus” - kartof yumrularında halqavari çürümə) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR