Logo

Azərbaycanda havanın temperaturu kəskin düşəcək – XƏBƏRDARLIQ

Azərbaycanda havanın temperaturu kəskin düşəcək – XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Departamentdən verilən məlumata görə, iyulun 9-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 9-u axşamdan iyulun 12-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR