Logo

Azərbaycanlı məşhurun qohumu klinikada vəfat edib – FOTO

Azərbaycanlı məşhurun qohumu klinikada vəfat edib – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vətəndaş Afaq Ələsgərova 1980-ci il təvəllüdlü Ramin Ələsgərovun həkimlər tərəfindən öldürüldüyünü iddia edib.

Sfera.az xəbər verir ki, qadın bu barədə ölkə.az-ın redaksiyasına məlumat verib.

Azərbaycanlı məşhurun qohumu klinikada vəfat edib – FOTO

A.Ələsgərova müraciətində deyir ki, qardaşı iyunun 24-də öz ayağı ilə "Grand Hospital”a gedib:

Azərbaycanlı məşhurun qohumu klinikada vəfat edib – FOTO

"İyunun 24-də öz ayağı ilə İnqilab küçəsində yerləşən "Grand Hospital”a qaraciyər xəstəlikləri şöbəsinin müdiri, hepatoloq Gülnarə Ağayevanın yanına müayinəyə apardıq. Sadəcə, acqarına deyildi deyə evə qayıtdı ki, növbəti gün acqarına analiz versin. Həmin gün nə etdilərsə, qardaşım komaya düşdü və həyatını itirdi.

Azərbaycanlı məşhurun qohumu klinikada vəfat edib – FOTO

Gülnarə Ağayeva xəstəni qəbul edib, özü üçgünlük istirahətə yollandı. Qardaşımı isə Zaur adlı dırnağarası həkimə tapşırdı. Qardaşımı öldürdülər. Yalvarıram, kömək edin, bu hadisəni Azərbaycanda hər kəs bilsin. Biz yandıq, qoy heç kim o vicdansız qatillərin ucbatından yanmasın. "Grand Hospital” ölüm məkanıdır”.

Azərbaycanlı məşhurun qohumu klinikada vəfat edib – FOTO

Xatırladaq ki, mərhum Ramin Ələsgərov müğənni Əbdül Xalidin xalası oğludur.

Azərbaycanlı məşhurun qohumu klinikada vəfat edib – FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR