Logo

“O, müharibə iştirakçısı deyil, fəraridir” – Mingəçevir Şəhər İcra Hakimiyyətindən açıqlama

“O, müharibə iştirakçısı deyil, fəraridir” – Mingəçevir Şəhər İcra Hakimiyyətindən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mingəçevir Şəhər İcra Hakimiyyəti özünü sosial şəbəkələrdə İkinci Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edən P. Məmmədovla bağlı açıqlama yayıb.

Sfera.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, sözügedən şəxsin sosial şəbəkələrdəki ittihamlar heç bir fakta əsaslanmır. Eyni zamanda o, özünün iddia etdiyi kimi heç də müharibə iştirakçısı olmayıb və fəraridir:

"Çıxışında Mingəçevir şəhərində Şəhid ailələri və qazilərin incidildiyini desə də, nədənsə heç bir fakt göstərmir. Ümumi sözlərə şər-böhtan xarakterli çıxışında Şəhər İcra Hakmiyyətinin başçısının və onun ailə üzvlərinin ünvanına yersiz ifadələr işlədir.

Nəzərinizə çatdıraq ki Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Mingəçevir şəhərində Qarabağ müharibəsi iştiraçılarına daim diqqət və qayğı göstərilir. Onları narahat edən bütün problemlərın anındaca qeydiyyatı aparılır və aidiyyatı üzrə tapşırıqlar verilir.

Xatırladaq ki, P.Məmmədov bundan əvvəl də dəfələrlə Şəhər İcra Hakimiyyətinin başçısının ünvanına heç bir əsası olmayan şər-böhtan xarakterli məlumatlar yaymışdır. Vətəndaşa dəfələrlə yazılı və şifahi xəbərdarlıqların edilməsinə baxmayaraq, o, öz əməllərindən əl çəkməmişdir”.

Sonda vurğulanır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin işgüzar nüfuzunə xələl gətirdiyinə görə Pənah Məmmədovun qanuna müvafiq olaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR