Logo

NATO nümayəndəsi Azərbaycana təşəkkür etdi

NATO nümayəndəsi Azərbaycana təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı "Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Sfera.az  xəbər verir ki, NATO rəsmisi minnətdarlığını oktyabrın 12-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb.

O, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR