Natiq Məmmədli: “Media əxlaqından kənarda jurnalistika yoxdur”

Natiq Məmmədli: “Media əxlaqından kənarda jurnalistika yoxdur”
"Hər yerdə olduğu kimi Azərbaycanda da medianın əsas məsələsi ona cəmiyyətin inamıdır. Mediaya inam isə media əxlaqı ilə birbaşa bağlıdır. Media əxlaqından kənarda jurnalistika olmur, olarsa, bu, kobud propoqanda vasitəsidir, jurnalistika deyil”. 

Bu barədə Medianın İnkişafı Agentliyinin bu gün Zoom platforması üzərindən təşkil etdiyi "Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” adlı konfransda Agentliyin şöbə müdüri Natiq Məmmədli bildirib.

N.Məmmədli bildirib ki, dünyada beynəlxalq hüquq və digər humanist dəyərlər kimi jurnalistika standartları da böhran keçirir və biz bunun Azərbaycana münasibətdə, xüsusən də 44 günlük Vətən müharibəsi zamanı bir daha şahidi olduq. "Ötən əsrin 70-ci illərində Amerika medaisında formalaşmış "qonzo jurnalistika” jurnalistikanın bütün prinsiplərini rədd edirdi, yalnız subyektiv mülahizələrlə əsaslanır, peşə etkisanı saya salmırdı. Biz Vətən müharibəsi zamanı "WarGonzo kanalı”nın və yalançı Peqovun timsalında belə bir dezinformasiya maşının Azərbayacana necə çamur atdığını gördük”, - deyə N.Məmmədli bildirib.

Onun sözlərinə görə Azərbaycan jurnalistləri ölkəmizə yönələn təhdidlərə cavab verəndə də məhz peşə etikasına istinad etməlidirlər. 

"Hüquqi məsuliyytədən fərqli olaraq əxlaqi məsuliyyət insan tərəfindən dərk olunmuş, daha geniş spektri əhatə edən və mədəni səviyyə ilə bağlı olan məsuliyyətdir. Jurnalist media əxlaqını anlamır və ya prinsipləri pozursa o, həm media cameəsi, həm də cəmiyyət tərəfindən ictimai qınağa tuş gələ və reputasiyasını korlaya bilər”,- deyə N.Məmmədli qeyd edib.

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...