Logo

Göyçayda yeniyetmə kanalda boğulub - YENİLƏNİB

Göyçayda yeniyetmə kanalda boğulub - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yuxarı Şirvan su kanalında boğulan 14 yaşlı oğlanın meyiti tapılıb.

Sfera.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, Göyçayın Dövranlı kəndinin sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları tərəfindən boğulduğu yerdən 200 metr aralıda tapılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

17:19

Göyçay rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğularaq dünyasını dəyişib.

Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində Göyçayın Dövranlı kəndində qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.

Kənd sakinləri meyiti kanaldan çıxara bilməyiblər.

Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir dalğıc-axtarış xilasetmə qrupunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR