Logo

Bazar gününə olan hava proqnozu açıqlandı

Bazar gününə olan hava proqnozu açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti, dağlarda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR