Sement bazarında ölüm-dirim savaşı: “Müflis olmaq üzrəyik”

Sement bazarında ölüm-dirim savaşı: “Müflis olmaq üzrəyik”

Anar Ağayevin hüquqşünası: "Artıq iflas dərəcəsinə çatmışıq”

Ziyamin Güləhmədov: "Bəli, biz İrandan qlinker gətiririk, çünki bu mal daha keyfiyyətlidir”

"Məhkəmə qərarı boş şeydi. Az qalıb, iyulun 12-də Apellyasiya məhkəməsində onu da ləğv etdirəcəyik. Artıq hər şeyi danışmışıq, həll etmişik”.Legion.az-a  verilən məlumata görə, bu sözləri barəsində məhkəmə qərardadı ilə "Qaradağ AA UNİVERSAL” sementinin satışı qadağan olunan Anar Ağayev dost-tanışın yanında deyir.

Mənbə bildirir ki, A.Ağayevin sözlərinə görə, 1 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərardadı müvəqqətidir, ondan şikayət verilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq və razılıq alınıb ki, A.Ağayevin şikayəti təmin olunacaq. Qeyd edək ki, saxta istehsal olan "Qaradağ AA UNİVERSAL” sementinin satışının qadağan olunmasına dair 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərardad qəbul edib.

Saxta sementi istehsal edən və satışa çıxaran Qaradağ rayonunda yerləşən "Qaradağ EZ Spea081100007412//qafqaznews.az/wp-content/uploads/2016/07/081100007412.jpg 400w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" />k” MMC-nin sahibi Anar Ağayevdir. Saxta sement kisələrinin istehsalçısı isə Bakının Keşlə qəsəbəsində fəaliyyət göstərən "Məişət Malları” ASC-dir. Məhkəmənin qərardadı ilə «Qaradağ AA UNİVERSAL» sementin satışı Anar Ağayevə, «Məişət Malları» ASC-yə, bütün topdan və pərakəndə satışa məsul şəxslərə qadağan edilib.

Mətbuatda yayılan məlumatlara görə, məhkəmə qərardadının icrasına başlanılıb. Ağayev Anar Gülağa oğluna Cinayət Məcəlləsinin 303 və 306-cı maddələrinə əsasən xəbərdarlıq edilərək ondan iltizam alınıb.

Lakin A.Ağayev sement satıcılarını və şəriklərini arxayınlaşdırıb ki, qərardadın ləğvinə nail olmaq üşün Bakı Apellyasiya Məhkəməsi ilə razılaşıb, qadağanı ləğv etdirəcək.

Yayılan məlumatlarda qanunsuz sement istehsalı ilə məşğul olan A.Ağayevin vergilərdən yayınması, qanunsuz satışla külli miqdarda sərvət topladığı bildirilir. Görünür, qanunsuz sement istehsalından toplanan böyük pullar onu hətta məhkəməyə "meydan oxumağa” sövq edir.

imagesSon məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim E.Nağıyevanın sədrlyi ilə iyulun 5-də keçirilən iclas 1 həftəlik təxirə salınıb. Bundan sonra A.Ağayev saxta sement şəriklərini və "distribüterlərını” bir yerə yığaraq onları arxayın edib ki, iyulun 12-də məsələ onun xeyrinə bitəcək.

"A.Ağayev saxta sement istehsalını və satışını artırmağı tapşırıb. Məlumata görə, A.Ağayev "Laçın-1” firmasının (qanunsuz "AZBETON”un istehsalçısı) sahibi Anar Məlikovla bir araya gələrək saxta sement bazarını birgə yönəltməyi razılaşıblar. Hələ bir müddət əvvəl Anar Məlikovun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yetkili şəxslərlə anlaşaraq "Laçın-1” firmasının saxta sement istehsalına razılıq aldığı barədə məlumat yayılmışdı. "Qaradağ EZ SPEAK”ın sahibi Anar Ağayevin isə İqtisadiyyat Nazirliyində yüksək vəzifəli himayədarının olduğu deyilir. Hər iki istehsalçı saxta sementin bölgələrdə eyni bazarda satılmasını qərarlaşıbar. Bu planı gerçəkləşdirmək üçün bölgələr üzrə "distribüterlər” da müəyyənləşdirilib.sement_markalari//qafqaznews.az/wp-content/uploads/2016/07/sement_markalari-388x220.jpg 388w, //qafqaznews.az/wp-content/uploads/2016/07/sement_markalari.jpg 576w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" />

Şəki, Zaqatala, Balakən, Qax bölgəsi üzrə distribüter Yusif, Şimal rayonları üzrə Mais, Beyləqan-Fizuli-Ağcabədi rayonları üzrə Ələkbər, cənub bölgəsi üzrə Hacı Azadla razılıq əldə olunub. Qeyd edək ki, Hacı Azad Lənkəran rayonu Xəzər bələdiyyəsi sədrinin qardaşıdır. Ümumiyyətlə, bütün rayonlarda saxta sementin satışını təşkil etmək üçün yerli məmurlarla "razılaşma” əldə olunması qarşıya məqsəd kimi qoyulub.  Dünəndən saxta "QARADAĞ AA” və "AZBETON” sementinin yeni satışlarına başlanıb. Saxta sement istehsalçılarının razılığına görə, bütün rayonların inşaat bazarında malları eyni dükanlarda satılır. Dükanların və satıcıların siyahısı da istehsalçılar tərəfindən razılaşdırılıb.

Salyan rayonu taxta bazarı tikinti materiainsaat-bazarinda-sement-tehlukesi2//qafqaznews.az/wp-content/uploads/2016/07/insaat-bazarinda-sement-tehlukesi2-388x220.jpg 388w, //qafqaznews.az/wp-content/uploads/2016/07/insaat-bazarinda-sement-tehlukesi2.jpg 620w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />llari dükanında Rövşən, Neftcala rayonu Qarabucaq kəndində Elməddin Ağaverdiyev, Xolqarabucaq kəndində Fikrət, Neftçala şəhərində YDM yanında Nazim Soltanovun dükanında, Şirvan şəhərinin girişində Nofəlin dükanında, Sabirabad rayonu Qruzma yolunda Muradxan ve Zulfəlinin dükanında, Xaçmaz rayonu Niyazabad yolunda İlhamın tikinti materialları magazası, Xaçmaz-Quba yolunda Fərmanın dükanı, Xaçmaz-Bakı yolunun üstündə Raminin mağazasında, Xəzər (STP) ticarət mərkəzində İlqar, "Azpetrol” YDM-in yanında Elşənin dükanında, Quba yolunda tikinti materialları magazaları cərgəsində Həbib, Ramal, Nizami, Araz və Nohbalanın dükanlarında, Mursudoba kəndində Eminin dükanında, Xaçmaz-Qusarçay yolu Nahidə məxsus "Kristal Inşaat”, Xaçmaz bazarının arxasında Telmana məxsus "HAYAT INŞAAT”, Ağcabədidə Hindarx yolu (4yol) ərzaq və yem dükanlarında (Hacıyev Osman və Hacıyev Qiyas), Bərdə şəhərində Xasaya məxsus "Polad inşaat”da, Lənkəran şəhərində "Abidə inşaat”da Fərid, "Modern İnşaat”da Hacı Aqil, İlhamın dükanında, Ləvəngi dairəsində Hamletin dükanında, Beyləqan rayonu Daşburun qəsəbəsində dairənin yanında Qismət, Miri, Əvəz, Mehdi, Elşad,Fizuli rayonu Bala Bəhmənli kəndində Sirac Tagıyev və Qopalın dükanlarında, Zərdab rayimages (1)onunda Şükranın dükanında, Göyçay şəhəri mərkəzi xəstəxananın yanında Bəxtiyar, Potu yolunda Şirzadın dükanlarında, Qax şəhərində Sahibin dükanında, Şəki şəhərində Taleh, İlqar Şərifov, Cümşüd, Oğuz şəhərində Vaqif Ələkbərovun dükanı,  Zaqatala şəhərində bazar yolunda İlqar, Elçin, Arifin dükanlarında, Balakən bazarının yanında Ceyhun Qanzayev, Firuz, Ramazanın düklanlarında saxta sementin satışı davam edir. Razılaşmaya görə, Anar Ağayev və "Laçın-1” bu dükanlarda satışa birgə nəzarət edəcək”.

Biz məsələ ilə bağlı Anar Ağayevə dəfələrlə zəng etdik, lakin bu mövzuda danışmaq cəhdlərimiz boşa çıxdı.Lakin sonradan Legion.az-ın əməkdaşı Anar Ağayevin nümayəndəsi, hüquqşünas Ziyamin Güləhmədovla əlaqə saxlamağa müvəffəq oldu. Biz ondan Anar Ağayevin qərardada məhəl qoymaması, İrandan qlinker gətirməsi və digər "saxta sement” iddiaları barədə soruşduq.9578_k44x40lb6m//qafqaznews.az/wp-content/uploads/2016/07/9578_k44x40lb6m.jpg 238w" sizes="(max-width: 179px) 100vw, 179px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" />

Z.Güləhmədov Legion.az-a bildirdi ki, sözügedən qərardad müvəqqəti xarakter daşıyır: "Yekun qətnamə qüvvəyə minənə qədər, bu qərardad müvəqqətidir, lakin biz bunu dərhal icra etmişik. Şirkət bütün istehsal və satışı dayandırıb. Biz artıq iflas dərəcəsinə çatmışıq. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik ki, qərardad ləğv olunsun. İşçilərin əmək müqaviləsi olmadan işləməsi barədə də məlumatlar səhvdir. Şirkətimizin mühasibat sənədlərində də bunu aydın görmək olar. Burda saxta sementdən söhbət gedə bilməz. Saxta sement keyfiyyətsiz sementdir. Ekspertiza nəticələrində də görmək olar ki, bizim sementimizin markası yüksəkdir. Bəli, biz İrandan qlinker gətiririk, çünki İranın qlinkeri daha keyfiyyətlidir”.

Onun fikrincə, Anar Ağayevə qarşı qara piar kampaniyası aparılır və bunun arxasında da "Garant İnşaat Sənaye” dayanır."Əgər hardasa bizim məhsulların satışına dair sübutları varsa, bunu aktlaşdırıb Qaradağ İcra Şöbəsinə təqdim etsinlər, ora icra sənədi göndərib satışa mane olsunlar. Biz kiməsə nağd şəkildə sement satmışıqsa, indi deyə bilmərik ki, sən satma. Buna görə biz məsuliyyət daşımırıq”, – deyə Z.Güləhmədov Legion.az-a qeyd etdi.

O, Anar Məlikovu tanımadığını da əlavə etdi: "Mən Anar Ağayevin hüquqlarını müdafiə edirəm”.

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Sabirabadda yeniyetmələr arasında dava: Bıçaqlanan var

Sabirabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb.   Sfera.az xəbər verir ki, həmyaşıdlar arasında baş verən mübahisə zəminində Sabirabad rayonunun Xəlifəi k...

Yağışla bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.   “Qafqazinfo” xəbər verir ki, bunu...

Aktauda AZAL təyyarəsini vuran Rusiyanın "Pantsir-S" raket sistemi nədir, necə işləyir?

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir" raket sistemi tərəfindən vurulduğu məlum olub.   Sfe...

İranda neft emalı zavodunda yanğın oldu

İranın cənubunda Xuzistan əyalətinin Abadan şəhərində neft emalı zavodunda boruların yerləşdiyi ərazidə yanğın olub.   Sfera.az xəbər verir ki, məlum...

13 yaşlı Məhəmmədəli futbolçu imiş - VİDEO

Məlum olduğu kimi, ötən gün Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların arasında 13 yaşlı Məhəmmədəli Eqanov da var....

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradılıb - FOTOLAR

Xaricdəki Azərbaycan Evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həy...