Logo

“Sən kimlə dəyişik düşdün, oğlum?” - Kəramət Böyükçölün atası

“Sən kimlə dəyişik düşdün, oğlum?” - Kəramət Böyükçölün atası
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanınmış yazar Kəramət Böyükçölün atası, şair Qəşəm Nəcəfzadənin oğlu ilə bağlı paylaşımı müzakirə obyektinə çevrilib.

Sfera.az bildirir ki, Nəcəfzadə Kəramət Böyükçölə şeir həsr edib. Onun bu addımı çoxlarını duyğulandırıb. Bir qism isə atasını saldığı vəziyyətə görə Kəraməti qınayıb. Həmin şeiri təqdim edirik:

Yuxulardan oyanmaq...

Anana demişəm,

Pişik çırmaqlayan dizindən danışmasın.

Əmiziyini xatırlatmasın,

Qolundakı xalını yadıma salmasın...

Doğum evində demişdim ki,

Körpəmiz dəyişik düşər.

Demişdi, qolunda qara xalı var, qorxma...

Bəs böyüyəndə,

Sən kimlə dəyişik düşdün, oğlum?

İndi deyirəm o xalı

Yaddaşımdan pozsun.

Bütün xatirələrini

Birdəfəlik büküb

Palazın alta qoysun.

Mənə

Bir dənə xatirəni göstərməsin.

İşə bax,

Göbəyin  quruyub düşəndə

İlk kitabımın arasına qoymuşammış...

Bu axşam anan göstərdi mənə.

Süd dişini hələ də saxlayırammış,

Yapışıb kitabın son vərəqinə.

Evdə atıla –atıla yeriyərim ki,

Ayaq izlərini əzməyim.

Şirin yuxulardan oyanıram ki,

ləzzətlə  səni gözləyim.

Evimiz elə böyükdü ki,

Anan məni axtarır evdə.

Oyunçağı olmayan uşaqlara bənzəyirik,

Yuxuya gedirik, hərəmiz bir güncdə.

Gəlib indi görsən, ağlarsan

Səpmişik evə sənin uşaqlıq şəkillərini,

Şəkillərlə oynaya – oynaya

Yuxu bizi aparıb...

Göbəyin və süd dişin ananın əllərində

Balaca süd şüşəsi yırğalanır sinəmdə...

Xatırladaq ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR