Logo

Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıldı

Xalq artistinin vəfatı ilə bağlı nekroloq yayıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Mədəniyyət Nazirliyi xalq artisti, rejissor, professor Ağakişi Kazımovun vəfatı ilə bağlı nekroloq yayımlayıb.

Sfera.az xəbər verir ki, nekroloqda qeyd olunur:

"Azərbaycan mədəniyyətinə itki üz verib.

Görkəmli rejissor, xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımov 2021-ci il oktyabr ayının 8-də vəfat edib.

Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il iyun ayının 28-də Ağcabədi rayonunda dünyaya göz açıb.

A.Kazımov 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyoru fakültəsində ali təhsil alıb. 1960-cı ildə Quba Dövlət Dram Teatrına baş rejissor təyin olunub. 1964-cü ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə daxil olub.

1969-1970-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor, sonralar isə baş rejissor vəzifəsində çalışıb.

A.Kazımov 1987-ci ildə əməkdar incəsənət xadimi, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar Ağakişi Kazımovun əziz xatirəsi doğmalarının, sənət dostları və sevənlərinin qəlbində əbədi yaşayacaq”.

Allah rəhmət eləsin!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR