“Hacıbala Abutalıbov ölkə rəhbərliyinə səhv məlumat verib” FOTO,VİDEO

“Hacıbala Abutalıbov ölkə rəhbərliyinə səhv məlumat verib” FOTO,VİDEO

Evləri sökülən vətəndaşlar Bakı meriyasından təzminat ala bilmirlər

Cəmilə Rəhimova: "Biz vicdanlı alıcılarıq, hansısa ərazini qanunsuz zəbt etməmişik”

Yəqin ki, "Baku-2015” ərəfəsində Bakı meri Hacıbala Abutalıbovun Badamdar qəsəbəsində zurna-balaban sədaları altında ev sökdürməsini oxucular xatırlayar. Bakı merinin "analoqsuz” çıxışları, atdığı addımlar cəmiyyətdə çox zaman heyrətlə qəbul edilir, hətta bəzi sosial şəbəkə istifadəçiləri bu hərəkətləri qeyri-adekvat olaraq dəyərləndirirlər. Maraqlıdır , ötən il Badamdardakı evlər sökülərkən, Bakı meri bunu cəmiyyətə "muştuluğumu verin, məmurların qanunsuz villalarını sökürəm” kimi təqdim etdi və sadə vətəndaşlar da "haqq-ədalətin qələbə çalmasına” sevindi. Zarafat deyil, məmur özbaşınalığından təngə gələn insanlar "korrupsiya ilə ərsəyə gələn” imarətlərin sökülməsini necə qarşılaya bilər? Amma zamanla, məsələnin başqa tərəfləri də üzə çıxdı. Sən demə, həmin ərazidə sökülən evlərin heç də hamısı məmurlara məxsus və ən əsası, qanunsuz tikili deyilmiş. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Bakı sakini Cəmilə Əmirxan qızı Rəhimova müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ailəsinin mülkiyyət hüquqlarının pozulduğunu və bir ildən çoxdur təzminat ala bilmədiklərini bildirdi.13588987_1734143323512204_739531652_o//qafqaznews.az/wp-content/uploads/2016/07/13588987_1734143323512204_739531652_o.jpg 719w" sizes="(max-width: 218px) 100vw, 218px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" />

"2014-cü ilin iyul ayında qanuni yolla və notarial qaydada mən, anam Ədilə Yusif qızı Vəliyeva və qardaşım Aydın Əmirxan oğlu Rəhimovun adına, Səbail rayon, Badamdar qəsəbəsi, Şıxovda, Salyan şosesi 32 ərazisində  hər biri 0,12 ha olan 3 torpaq sahəsi aldıq. Həmin torpaq sahələrinin ikisi yanaşı, digəri isə bu torpaq sahələrinin önündə yerləşir. 2014-cü iyulun 2-də anam Ədilə Yusif qızı Vəliyeva ilə 0,12 ha torpaq sahəsinin köhnə sahibi İsa Əli oğlu Məmmədov arasında, eləcə də qardaşım Aydın Əmirxan oğlu Rəhimovla qonşu torpaq sahəsinin köhnə sahibi Rüfət Arif oğlu İbrahimov arasında 14 saylı notariat kontorunda alqı-satqı müqaviləsi imzalandı. Həmin torpaq sahələrinin ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər İdarəsi tərəfindən verilən sənədləri də var idi. Daha sonra memar məsləhət gördü ki, qarşıdakı torpaq sahəsini də alaq, çünki oranı başqası alıb ev tiksə, dəniz mənzərəsi bağlanacaq. Ona görə də, 2014-cü il iyulun 9-da elə 14 saylı Notariat Kontorunda mənimlə Useynov Pərviz Rza oğlu arasında alqı-satqı müqaviləsi imzalandı. Bu torpaq sahəsinin də ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər İdarəsi tərəfindən verilən sənədi var idi. Bütün sənədləşdirmə işləri qanuni şəkildə həyata keçirildi. Hətta qeyd edim ki, sürüşməyə qarşı tədbirlər görmək üçün, mütəxəssislər çağırmış, fundamenti torpaq qatının altındakı qayalarla uyğunlaşdırmışdıq”, – deyə Cəmilə Rəhimova qeyd etdi.
Qafqaznews.az bildirir ki,şikay13608307_1734143800178823_1483778193_n//qafqaznews.az/wp-content/uploads/2016/07/13608307_1734143800178823_1483778193_n-388x220.jpg 388w, //qafqaznews.az/wp-content/uploads/2016/07/13608307_1734143800178823_1483778193_n.jpg 719w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />ətçinin sözlərinə görə, tikintiyə başlamazdan əvvəl, Səbail Rayon İcra Hakimiyyətindən də lazımi sənədlər alınıb: "Səbail ŞİH-in ovaxtkı başçısı Asif Əsgərovun 6 avqust tarixli sərəncamı ilə Aydın Əmirxan oğlu Rəhimova Badamdar qəsəbəsi, Şıxovda, Salyan şosesi 32 ərazisində 0,12 ha torpaq sahəsində iki fərdi yaşayış evinin tikilməsinə icazə verilib. Oxşar sərəncamlarla da bir yaşayış evi üçün avqustun 14-də mənə, iki yaşayış evi üçün isə sentyabrın 11-də Ədilə Yusif qızı Vəliyevaya verildi. Həmin tarixlərdə Səbail RİH-in baş memarı Ramiz Xəlifəli evlərin bizim memarlar tərəfindən hazırlanmış eskiz layihələrini də təsdiqlədi. Biz qanun çərçivəsində bütün sənədlərimizi tamamladıqdan sonra, həmin ərazidə 5 fərdi yaşayış evi tikdirdik. 27 fevral 2015-cNp6wsYmttOVW//qafqaznews.az/wp-content/uploads/2016/07/Np6wsYmttOVW.jpg 637w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" />i ildə mən öz adıma olan 0,12 ha torpaq sahəsini notarial qaydada anama hədiyyə etdim. Beləliklə, anamın adına 3, qardaşımın adına isə 2 evin kupçası oldu. Bizim həmin yerdə tikdirdiyimiz evlərin bütün sənədləri qaydasında idi. 2015-ci ilin mayında Bakı ŞİH-də çalışan Hafiz adlı şəxs (soyadını və vəzifəsini bilmirəm) gəlib bizdən sənədləri istədi, biz təqdim etdik. Dedi ki, sənədi olmayan evlər söküləcək. Bir neçə gün sonra, bizdən arxa tərəfdə olan evlərin söküntüsü başlandı. Hacıbala Abutalıbovla həmin Hafiz adlı şəxs də orda idi. Biz sürücüylə sənədləri yenidən Hafiz müəllimə göndərdik, o isə sürücüyə dedi ki, onların sənədləri qaydasındadır”.

Cəmilə Rəhimova əlavə etdi ki, meriya əməkdaşının bu sözlərindən sonra, bir müddət arxayınlaşıblar: "Biz düşündük ki, qanun bizim tərəfimizdədirsə, evimizə dəyən olmayacaq. Lakin üç gün sonra, Hacıbala Abutalıbov texnika gətirdərək, bizim evləri sökdürdü. Evlərimizin sökülməsi 15-16 may 2015-ci il tarixində baş verdi. Polisdən canlı divaima`ge6121//qafqaznews.az/wp-content/uploads/2016/07/image6121.jpg 440w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />r yaradılmışdı, merlə şəxsən görüşmək və etirazımı bildirmək imkanım olmadı. Həm də çox səs-küy salmağa lüzum görmədik. Mer sakinlərə bildirmişdi ki, bu evlər prezidentin sərəncamıyla sökülür. Biz də düşündük ki, dövlət başçısının sözü bizim üçün qanundur, hər halda bizə kompensasiya verilər.

Eyni zamanda, bu hadisənin "Baku-2015” I Avropa Oyunları ərəfəsində baş verdiyini nəzərə alaraq,13621378_1734143403512196_643681056_o//qafqaznews.az/wp-content/uploads/2016/07/13621378_1734143403512196_643681056_o.jpg 719w" sizes="(max-width: 227px) 100vw, 227px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: right; margin-left: 1.5em;" /> ölkə gündəminə neqativ əhval-ruhiyyə qatmaq istəmədik. Səbrlə gözlədik ki, tezliklə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bizimlə görüşəcək və mülkiyyət hüquqlarımızın bərpası üçün bütün lazımi tədbirlər görüləcək. Lakin sonra məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti həm cəmiyyətdə, həm də ölkə rəhbərliyində yalnış təsəvvür yaradıb”. C.Rəhimova bildirdi ki, Bakı meri ölkə rəhbərliyinə səhv məlumat verib: "Belə anladım ki, dövlət başçısına da bizim evlərimizin qanunsuz tikildiyini bildiriblər. Biz məmur ailəsi deyilik və yaxud da, qanunsuz olaraq hansısa ərazini zəbt edərək ev tikməmişik. Əksinə, vicdanlı alıcı olaraq, torpaq sahəsi əldə etmiş və Səbail RİH başçısının sərəncamı, eləcə də aidiyyatı olan qurumların verdiyi sənədlər əsasında fərdi yaşayış evləri inşa etdirmişik. Bir müddət keçdi, Bakı ŞİH-dən kompensasiya verilməyəcəyini anladıqda 1 saylı Baki İnzibati-İqtisad Məhkəməsinə müraciət etdik, hazırda proses gedir.

Bu günlərdə isə Bakı ŞİH ayrıca olaraq məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər İdarəsi tərəfindən verilən sənədlərin qeyri-qanuni hesab edilməsi barədə iddia qaldırıb. Biz vicdanlı alıcılar olaraq, bu məsələdə öz hüquqlarımızın bərpasını tələb edirik”. Təəssüflər olsun ki, yazı sayta gedərkən, Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı. Lakin bu istiqamətdə araşdırmamızı davam etdirəcək vəQafqaznews.az olaraq bəzi səriştəsiz məmurların səhlənkarlığı üzündən mülkiyyət hüququ pozulan vətəndaşlara dəstək olmağa çalışacağıq.


13588987_1734143323512204_739531652_o//qafqaznews.az/wp-content/uploads/2016/07/13588987_1734143323512204_739531652_o-1.jpg 719w" sizes="(max-width: 218px) 100vw, 218px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />13621378_1734143403512196_643681056_o//qafqaznews.az/wp-content/uploads/2016/07/13621378_1734143403512196_643681056_o-1.jpg 719w" sizes="(max-width: 227px) 100vw, 227px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />13588987_1734143323512204_739531652_o//qafqaznews.az/wp-content/uploads/2016/07/13588987_1734143323512204_739531652_o.jpg 719w" sizes="(max-width: 218px) 100vw, 218px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />13621378_1734143403512196_643681056_o//qafqaznews.az/wp-content/uploads/2016/07/13621378_1734143403512196_643681056_o.jpg 719w" sizes="(max-width: 227px) 100vw, 227px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />13608307_1734143800178823_1483778193_n//qafqaznews.az/wp-content/uploads/2016/07/13608307_1734143800178823_1483778193_n-388x220.jpg 388w, //qafqaznews.az/wp-content/uploads/2016/07/13608307_1734143800178823_1483778193_n.jpg 719w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; height: auto; max-width: 100%; display: inline; float: left; margin-right: 1.5em; width: 355px;" />



OXŞAR XƏBƏRLƏR