AzTV şəhid jurnalistin qardaşına vəzifə verdi
Sfera.az xəbər verir ki, Şirzad Səmədov telekanalın Kinoproqramlar və Dublyaj baş redaksiyasında rejissor vəzifəsinə təyin olunub.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2020-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər isə yaralanmışdı.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Sirac Abış oğlu Abışov, Məhərrəm Əli oğlu İbrahimov və Arif Ağalar oğlu Əliyevi "3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.






