Logo

Əməkdar rəssam vəfat etdi - FOTO

Əməkdar rəssam vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə Rəssamlar İttifaqından məlumat verilib.

Bildirilib ki, 76 yaşlı rəssam bu gün vəfat edib.

Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

Əməkdar rəssam vəfat etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR