Turkiyəyə səyahət bahalaşdı
Son günlər Azərbaycanda dolların məzənnəsinin artması xaricə turizm paketlərinin qiymətinə də təsir edib. İyunun 22-dən indiyədək ABŞ dollarının məzənnəsində nəzərəçarpacaq artım baş verib. 1 ABŞ dolları 1,55 manatdan 1,6 manat həddinədək yüksəlib.
Wsemir.com xəbər verir ki, turpaketlərin qiymətləri,
əsasən, dollarla açıqlanır.
Şirkətlər isə əməkdaşlıq etdikləri banklardakı
gündəlik kursa uyğun olaraq ödənişləri qəbul edirlər. Məsələn, iyunun əvvəlində
173 dollara təklif edilən Antalya turu 259 manata başa gəlirdisə, bu gün eyni
tur 266 manata başa gəlir.
Eyni zamanda turizm mövsümünün başlanması ilə
bağlı qiymətlər 200-300 manat arasında bahalaşıb. Türkiyədə turizm mövsümünün
başlanması ilə bağlı iyulun 1-dən hotellərdə qiymətlər bahalaşıb. Türkiyə
hotelləri rus turistlərindən məhrum olduqlarına görə böyük endirimə getmişdilər.
Münasibətlər yaxşılaşan kimi isə rusların Türkiyəyə axını başlayıb. Nəticədə
türk hotelləri qiymətləri artırıb. İki ölkə arasında münasibətlərin
normallaşmasından dərhal sonra bəzi hotellər, hətta qiymətləri 30-40% artırıb.
İyul ayında Antalyada 2 nəfərin 1 həftəlik
istirahəti
3 ulduz hotellərdə - 680 dollar
4 ulduz hoteldə - 762 dollar
5 ulduz hoteldə - 935 dollara təklif edilir.
Avqust ayında isə qiymətlər bahalaşacaq
3 ulduz hoteldə - 733 dollar
4 ulduz - 783 dollar
5 ulduz – 881 dollar olacaq.
İstanbulda istirahətin qiyməti
İyul ayında İstanbula 2 nəfərlik 5 gecə, 6 gün
üçün turpaketlərin qiyməti belə dəyişir.
3 ulduz hotellərdə - 638 dollar
4 ulduz hoteldə - 681 dollar
5 ulduz hoteldə - 748 dollar
Avqust ayında isə qiymətlər bir qədər ucuz olacaq
3 ulduz hoteldə - 591 dollar
4 ulduz - 656 dollar
5 ulduz – 694 dollar olacaq.