Valideynlərinin qonşuya atıb getdiyi 2 yaşlı uşaqla bağlı YENİ XƏBƏR
Kateqoriya məlum deyil
Ötən gün sığınacağa qonşu tərəfindən təhvil verilən 2 yaşlı körpə ilə bağlı yeni xəbər var.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən Sfera.az-a verilən məlumata görə, uşaq hazırda sığınacaqdadır.
"Atası övladını geri götürmək istəsə də, hazırda dövlət qurumları valideynlərlə bağlı araşdırma apardığından uşaq bir müddət daha sığınacaqda qalacaq”, - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, ötən gün valideyn 2 yaşlı uşağını qonşuya atıb getmişdi.
Türkan
Sfera.az






