Logo

“Növbəti addım Zəngəzur dəhlizinin bərpası olacaq” - Deputat

“Növbəti addım Zəngəzur dəhlizinin bərpası olacaq” - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistanın torpaqlarımızın bir hissəni uzun müddət işğal atlında saxlaması nəticəsində Cənubi Qafqaz iqtisadi potensialından tam olaraq istifadə edə bilməyib".

Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Millət vəkili Ermənistanın hava məkanı ilə baş tutan uçuşlara da diqqət çəkib:

"Azərbaycan Hava Yolları"na məxsus təyyarələr Ermənistanın hava məkanı ilə uçmağa başlayıb. Regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir.

Cənubi Qafqazın cəmi Ümumi Daxili Məhsulunun həcmi 79.2 milyard dollardır. Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdir".

Deputat bölgədə dəhlizlərin açılmasının qaçılmaz olduğunu vurğulayıb:

"Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası da qaçılmazdır. İnanırıq ki, növbəti addım Zəngəzur dəhlizinin bərpası olacaq".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR