Logo

Azərbaycanlı gənclər Rusiyanın dövlət rəsmilərinə məktub ünvanladı

Azərbaycanlı gənclər Rusiyanın dövlət rəsmilərinə məktub ünvanladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Rusiya Federasiyasının prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Genadi Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, "Rusiya zabitləri” Ümumrusiya ictimai təşkilatına məktub ünvanlayıb.

Təşkilatdan Sfera.az-a verilən məlumata görə, məktubda faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz ifadə olunub.

"1948-ci ildə Njde Qaregin hərbi cinayətkar kimi 25 illik həbs cəzası alıb və 1957-ci ildə "Vladimirovski sentral”da ölüb. O, bəraət almayıb və məhkəmə daha öncə çıxarılan hökmü qüvvədə saxlayıb. Bütün bunlara baxmayaraq, Rusiyada erməni diasporu nümayəndələrinin nümayişkaranə şəkildə Knyaz-Vladimirovsk məzarlığına gedərək, faşist cəlladı Njdenin qəbrini ziyarət edir. Həmçinin, adıçəkilən məzarlıqda faşist əlaltısının xatirəsinə memorial kompleksin ucaldılması tələbləri də səsləndirilir” - deyə, məktubda bildirilir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR