Logo

Türk general: "Təlimlər İrana qarşı deyil"

Türk general: "Təlimlər İrana qarşı deyil"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü təxminən 7-8 ildir, müxtəlif ölkələrdə hər il təşkil edilir. Bu il də görüşün Gürcüstanda baş tutması təsadüfi deyil. Bildiyiniz kimi, hazırda Gürcüstanda Türkiyə Gürcüstan və Azərbaycan silahlı qüvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşünü şərh edərkən deyib.

Generalın sözlərinə görə, Türkiyə, Gürcüstan, Azərbaycan arasında hərbi təlimlərin keçirilməsi, üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsi regionda ortaq hərbi baxışın formalaşdırılması məqsədi daşıyır:

"Hazırda Gürcüstanda təlimlər davam edir. Təəssüf ki, təlimlərlə bağlı fərqli fikir formalaşdırılmağa da çalışılır. Deyə bilərəm ki, təlimlər heç bir halda İrana qarşı deyil. Ümumiyyətlə təlim iştirakçısı olan ölkələrin İranla heç bir problemi yoxdur. Təlimlər sadəcə sülhə, sabitliyə yönəlmiş bir təlimdir”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR