Logo

Azərbaycanda ipoteka kreditləşməsi dayanıb

Azərbaycanda ipoteka kreditləşməsi dayanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 1-ə olan vəziyyətə görə, Azəbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları vasitəsilə ölkə miqyasında ümumilikdə 730 mln. 802,42 min manatlıq 17 min 997 ipoteka krediti verilib.

Sfera.az www.marja.az-a istinadən xəbər verir ki, belə göstəricilər iyunun əvvəlinə də olub, yəni ötən ay potensial borc alanlar mənzil üçün kredit almayıb, mayda isə hər biri 50 min manat olan 2 kredit verilib. Apreldə də 93,02 min manatlıq 2 kredit verilib.

Xatırladaq ki, ötən il borc alanlar üçün daha səmərəli olub – 97 mln. 273,98 min manatlıq 2 min 146 kredit verilib.

Mənzil üçün kreditlər 2006-cı ildən AİF vasitəsilə verilir, 2007-ci ilin ikinci yarısından sosial seqment (illik 4%-lə 50 min manata qədər) faktiki olaraq yoxdur. İndi isə kommersiya ipoteka kreditlərinin (illik 8%-lə 50 min manata qədər) verilməsi dayanıb. Səbəb kreditin səlahiyyətli maliyyə strukturları üçün mənfəətin olmamasıdır. Onlar istehlak (ildə 20%-dən 40%-a qədər) və sahibkarlıq (12%-dən 18%-ə qədər) kreditlərindən daha çox qazanır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR