Logo

İTV-nin Yayım Şurasının üzvlüyünə namizədlərin adları məlum oldu - SİYAHI

İTV-nin Yayım Şurasının üzvlüyünə namizədlərin adları məlum oldu - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Milli Məclis "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi”ni müzakirə edəcək.

Sfera.az-ın məlumatına görə, İTV-nin Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslər aşağıdakılardır:

Sahibkarlar Şurası tərəfindən:

Zeynalov Vüqar Eldar oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti;

Abdullayeva İlhamə Xanlar qızı - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Gənclər təşkilatları tərəfindən:

Əliyev Azər Ruslan oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;

Axundova Ülviyyə Süleyman qızı – "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri.

Qadın cəmiyyətləri tərəfindən:

Yusifova Sevil Şərif qızı – Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti;

Mansurova Zərəngiz Dəmirçi qızı – Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini.

(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR