Logo

Baytarlıq xidmətinin göstərilməsi ilə bağlı - Fərman

Baytarlıq xidmətinin göstərilməsi ilə bağlı - Fərman
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 4-də "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalayıb.

Sfera.az xəbər verir ki, fərmanla xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər (bundan sonra - baytarlıq subyektləri) arasında müqavilə bağlanması yolu ilə həyata keçirməlidirlər.

Nazirlər Kabineti xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin siyahısını Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin təklifləri əsasında təsdiq etməli, sahə baytarlıq məntəqələrinin inzibati binalarının və digər dövlət əmlakının müqavilə bağlayan baytarlıq subyektlərinə icarəyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin təklifləri əsasında müvafiq tədbirlər görməlidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR