Pediatr uşaqların 5 yaşdan məktəbə getməsi təklifi ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Sfera.az bildirir ki, bunu tanınmış pediatr Vaqif Qarayev deyib. O, bəzi ekspertlərin Yaponiyanı, Cənubi Koreyanı, Sinqapuru misal göstərdiyini vurğulayıb:
"Yəni uşaq 5 yaşında məktəbə getsə, tədris yükü az olduğuna görə, 6 yaşında daha yaxşı oxuyacaq. Mən köhnə sovet adamı olduğuma görə, heç 6 yaşında da məktəbə getməklə barışa bilmirdim. Hamıdan "vunderkind” düzəltməyə çalışmayın! Uşaqlıq dövrü deyilən bir nəsnə var. İndiki uşaqlar kitabın üstündə niyə otura bilmirlər? Bütün valideynlər bu məsələdən şikayətçidir. İndiki uşaqların hamısı hiperaktiv deyil, sadəcə, hərəkətlilik sevirlər - qadağanı, məhdudiyyəti sevmirlər və s.”
Pediatr qeyd edib ki, tədris məsələsində psixoloji amilləri də düşünmək lazımdır: "Bəlkə proqramı yüngülləşdirək. Məncə, uşaqların üstünə çox gedirik, aşırı yükləmələr, lüzumsuz qadağalar”.
Günay Rəsulqızı
Sfera.az






