Logo

Azərbaycan nefti yenidən bahalaşır

Azərbaycan nefti yenidən bahalaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarlarında neftin qiymətində ucuzlaşma müşahidə olunur.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI (Texas) neftinin qiyməti 1 barelə görə 0,80 dollar azalaraq 48,19 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,53 dollar azalaraq 49,57 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin bir barelinin qiyməti isə 0,31 dollar və yaxud 0,62% bahalaşaraq 50,42 dollara bərabər olub.

Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR