"İnsanlar aqressiyalarını idarə etməyi bacarmalıdır” - Psixoloq
Bu halın gələcəkdə uşaqlarda müxtəlif problemləri yaradacağı bildirilir.
Məsələ ətrafında daha ətraflı Sfera.az-a danışan "Dərya” Tədris Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova ailədə şidddət görən uşaqların zamanla duyğusuz olduğunu və cəmiyyətə şiddət tətbiq edə biləcəyini deyib:
"Uşaqlar nəyi görürlərsə, cəmiyyətə də onu daşıyırlar. Bu baxımdan velideynlər çalışmalıdır ki, uşaqlarına maksimum mərhəmət, qayğı və diqqət göstərsinlər. Valideyn ailəyə şiddət tətbiq edirsə, uşaq da bu şiddəti cəmiyyətə tətbiq edəcək. Bəzən diqqət etsək görərik ki, uşaqlar travmaları daha ağır yaşayırlar. Azyaşlı uşaqlar bu şəkildə travma alanda acımasız olurlar, hər şey onlar üçün bəsitləşir. Bu cür əksər uşaqlar illərlə depressiyadan çıxmır hətta intihara da əl atırlar. Bəzi valideynlər övladlarına tövsiyə verir ki, filankəsin atası anasını öldürüb, sən ona yaxın getmə. Belə tövsiyələr yaşanılan facidədən sonra uşaqlar üçün ikinci faciə olur".
Psixoloq valideynlər arasında şiddətin olmasının uşaqlarda mutizm xəstəliyi yaratdığını qeyd edib:
"İnsanlar aqressiyalarını idarə etməyi bacarmalıdır. Hər ailədə söz-söhbət ola bilər. Lakin tərəflər baş verən bu hdisələri kin kimi qəbul etməməlidirlər. Çünki zamanla kin nifərətə bu isə aqressiyaya çevrilir. Aqressiya da öz növbəsində şiddətə yol açır və vəziyyət faciə ilə nəticələnir. Heç bir acı, stress əbədi deyil, müəyən zaman daxilindədir. İnsanlar bunu başa düşmədikdə davamlı problemlər yaşanır. Ailədə şiddət görən uşaqlarda depressiya, mutizim olur. Mutizmin isə üç növü var - selektiv, total və okul mutizm. Total mutizm növündə uşaqlar heç kimlə danışmır. Selektiv mutizmdə isə uşaq öz seçdiyi şəxslərlə danışır. Okul mutizmi uşaqların məktəbdə geç kimlə danışmamasıdır. Cəmiyyətə adaptasiya ola bilməyən uşaqlarda kəkələmə, nitq pozuntusu və sonda intihar halları yaşanır".Əzizə Zeynal
Sfera.az





