İctimai TV yeni verilişə start verir
Kateqoriya məlum deyil
Azərbaycanda futbol üzrə İngiltərə Premyer Liqasının oyunlarını yayımlayacaq telekanal məlum olub.
Sfera.az bildirir ki, İngiltərə çempionatının matçları "İctimai” TV-də yayımlanacaq. Bu barədə telekanalın aparıcısı Fəridə Abdulla məlumat yayıb.
"Artıq sabahdan etibarən ən baxımlı, ən dinamik futbol liqası efirimiz vasitəsilə canlı yayımlanacaq. Bu həftənin şənbə günü oktyabrın 2-si saat 15:30-da başlayacaq "Mançester Yunayted” – "Everton” oyunu, bazar günü saat 19:30-dan başlayaraq "Liverpul”-"Mançester Siti” oyununu İctimai Televiziya vasitəsilə canlı izləyə bilərsiniz”, - deyə o əlavə edib.
Günay Rəsulqızı
Sfera.az






