Yevlaxın Qaraməmmədli kəndində su probleminin səbəbi nədir? – Borc var imiş...
Son günlər sosial şəbəkələrdə və bəzi media orqanlarında Yevlax rayonunun Qaraməmmədli kənd sakinlərinin su problemi ilə üzləşdikləri haqda məlumatlar yayılıb.
Sfera.az yaranmış problemin nədən qaynaqlandığı ilə bağlı məlumatları təqdim edir.
Yevlax rayonunun Qaraməmmədli kəndində 25 evdə yaşayan təxminən 120 nəfər sakinin içməli su və həyətyanı sahələrinin suvarılmasında istifadə etdikləri Su kanal idarəsinin balansında olan subartezian quyusunun 3 il ərzində elektrik enerjisi sərfiyyatına 6200 manat borc yaranıb.
Araşdırma zamanı məlum olub ki, bu illər ərzində əhali tərəfindən istifadə edilən suyun dəyəri Su kanal idarəsinə ödənilməyib və bu səbəbdən də subartezian quyusu "Yevlax Elektrik Şəbəkəsi” tərəfindən elektrik şəbəkəsindən ayrılmışdır.
Kənd sakinləri Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Şəhər İcra Hakimiyyətində aidiyyatı qurumların rəhbərliyi ilə dəfələrlə qəbul edilmiş və qanunamüvafiq izahatlar verilmişdir. İzahatlarla qane olmayan sakinlər müxtəlif sosial şəbəkələrdə tələblər irəli sürürlər.İnci






