Logo

Paşayeva: Sonsuzluq ailələri dağıdır, alimentlər isə...

Paşayeva: Sonsuzluq ailələri dağıdır, alimentlər isə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Alimentlərlə bağlı icra olunmayan məhkəmə qərarlarının sayı getdikcə artır. Alimentlərlə bağlı məhkəmə qərarlarının icrası prosesinə yenidən baxılmalıdır. Biz çox acınacaqlı durumlarla üzləşirik. Bu məsələ ilə bağlı dinləmə keçirə biləriksə, keçirək.

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Komitə sədri icbari tibbi sığorta ilə bağlı da problem olduğunu söyləyib:

"Artıq sonsuzluq getdikcə artır. Heç olmasa bir ailə dövlət hesabına bir dəfə süni mayalanma edə bilsin. Qanunun müzakirəsi zamanı cəmiyyətə də bu məsələnin paketə daxil olacağı açıqlanmışdı, amma icbari tibbi sığorta paketinə daxil edilməyib. Limitlə də olsa, bu məsələ paketə daxil edilməlidir. Müvafiq qurumu da bu məsələyə yenidən baxmağa çağırırıq. Çünki övlada görə dağılmaq üzrə olan ailələrin sayı da yüzlərlədir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR