3 şəhidə başdaşı hələ də qoyulmayıb - Ailələr nazirliklə icra arasında qalıb

3 şəhidə başdaşı hələ də qoyulmayıb - Ailələr nazirliklə icra arasında qalıb
 
Son aylarda şəhid olan əsgərlərimizdən 3-ünün baş daşı hələ də qoyulmayıb.

Aznews.az xəbər verir ki, bu barədə Xaçmaz rayon sakinləri məlumat yayıb. Xaçmazlılar dördgünlük müharibədə şəhid olan Mirzəyev Elvin və Qayıbov Elvinin, həmçinin may ayında şəhid olan Yüzbəyov Əmrahın qəbirlərinin diqqətsiz qalmasından narazılıqlarını dilə gətiriblər. Məlumata görə, şəhidlərin baş daşlarının Müdafiə Nazirliyi tərəfindən qoyulacağı bildirib. Lakin sonradan onların ailələrinə məlumat verilib ki, baş daşlarını Müdafiə Nazirliyi deyil, Xaçmaz Rayon İcra Hakimiyyəti düzətməlidir.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən verilən məlumata görə, şəhidlərin valideynlərinin müraciətində bir az yubanma olub.

Əməkdaşımızın "Şəhidin baş daşının qoyulması üçün ailəsi müraciət etməlidirmi?” sualına isə cavab belə oldu: "Biz heç bir valideynin müraciət etməsini gözləmirik. Məsələ həll olunacaq. Hər 3 şəhidin də qəbir üstü tərəfimizdən düzəldiləcək. Baxmayaraq ki, valideynlər bizə müraciət etmirlər, amma biz o məsələni nəzarətdə saxlayacağıq. Şəhidlərin ailələrinə diqqət olmur dedikdə nəyi nəzərdə tuturlar? İstər yas mərasimləri, istərsə də digər məsələlərdə tərəfimizdən mütəmadi olaraq həmin ailələrlə əlaqə saxlanılır”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...

“Məsələyə Putinin özü qarışmalıdır” - Qüdrət Həsənquliyevdən SENSASİON MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliy...

Bu türk ölkəsinin baş naziri Füzulidə səfərdədir

Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. &nb...

43 azərbaycanlı tələbə Çində təhsil alacaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən, 2025-2026...

Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ...

Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin iyulun 4-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olu...