Bu avtobusların hərəkət istiqaməti dəyişdi
Cəmiyyət
16:28 / 04.07.2016
970
Paytaxtda bir sıra avtobusların marşrut xətləri dəyişib.
Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, paytaxtın Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissədə təmir işləri ilə əlaqədar qısa müddətdə hərəkətə məhdudiyyət tətbiq olunacaq. Buna görə də, 11-12-15-20-36-44-54-62-70-94-214 nömrəli marşrut xətləri üzrə hərəkət edən sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyyə edilir.