Logo

Bakıya yeni avtobuslar gətiriləcək-AÇIQLAMA

Bakıya yeni avtobuslar gətiriləcək-AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda sərnişin sıxlığını aradan qaldırmaq üçün paytaxta yeni sərnişin avtobusları gətiriləcək. Bu barədə fins.az-a sərnişindaşıma ilə məşğul olan "Xaliq Faiqoğlu" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov məlumat verib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər 55 ədəd Türkiyə istehsalı olan "İsuzu" markalı avtobus gətiriləcək. Yeni avtobuslar "Euro-5” standartına cavab verəcək. Bu avtobuslarda fiziki imkanları məhdud insanlar və yaşlı sərnişinlərin rahat minib-düşməsi üçün xüsusi panduslar quraşdırılıb. Bir avtobusun sərnişin tutumu 69 nəfərdir.

F.Sadıqov bildirib ki, yeni gətiriləcək avtobuslar şirkətə məxsus 65, 79, 18, 85, 61 və 96 saylı marşrutlarda xəttə buraxılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR