Bakı əhalisi maksimum 700 min nəfər olacaq – AÇIQLAMA
Sfera.az sonxeber.az-a istinadən bildirir ki, millət vəkili Aqil Abbasın dediyinə görə, 3-4 ilə Bakıdan rayonlara böyük köç başlayacaq:
"Bir çox nazirliklərin Bakıya aidiyyatı yoxdur, onlar rayonlarda olmalıdır. Su Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kənd Tikinti Nazirliyi və bir çox digər nazirliklərin Bakıda olması düzgün deyil.
Onlar rayonlara köçürülməlidir ki, həmin ərazilərdə də infrastruktur inkişaf etsin. Rayonlarda müəyyən obyektlərin tikintisi davam etdirilir. Bu obyektlərin açılışının çoxunda cənab İlham Əliyev özü də iştirak edib. Yəni iş yerlərinin yaradılması ilə bağlı fəaliyyət davam etdirilir. Bakıda nə qədər məcburi köçkünlər var ki, onlar öz yurdlarına qayıdacaqlar. 3-4 il ərzində Bakıdan rayonlara sürətli şəkildə köç başlayacaq. İşğaldan azad olunan torpaqlarda quruculuq işləri gedir. Həmin yerlər boş qalmayacaq, insanlar ora gedəcəklər. Bakının əhalisi maksimum 700 min nəfər olacaq".






