Logo

Növbəti 50 faizlik devalvasiya qaçılmaz oldu – Dollar 2.2 manat olmalıdır

Növbəti 50 faizlik devalvasiya qaçılmaz oldu – Dollar 2.2 manat olmalıdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin əvvəlindən ötən 12 gündə neft 7 dollar və ya 19% ucuzlaşaraq, bu gün 30 dollara düşdü. Bu Azərbaycanın gəlirlərinin daha da azalacağı deməkdir. Yanvarın 4-də neft 37 dollara satılırdı.

Hökumət 2016-cı ilin büdcəsində neftin barrelinin qiymətini 50 dollardan götürüb. Sadə şəkildə desək, 2016-cı ilin büdcəsini icra etmək üçün neft 50 dollardan satılmalı, köhnə 1.05 dollar/manat məzənnəsi ilə 52,5 manat gəlir əldə edilməli idi. Lakin neft 36 dollara düşdüyündən dövlət hər barrel neftdən 37,5 manat qazanırdı. Mərkəzi Bank yaranmış fərqi bağlamaq üçün Dekabrın 21-də 50%-ə yaxın ikinci devalvasiyaya gedərək 1 dolları 1.55 manata bərabər etdi.  Bu, manat ifadəsində dövlətin hər barrel neftə görə 56 manat qazanacağı demək idi.

Neft daha da ucuzlşadığından hazırda dövlət bu məbləği də qazana bilmir. Bugünkü məzənnə ilə (1.5685), neftin hər barrelindən qazanılan 30 dollar təxminən 47 manat edir (30 dollar x 1.5685 manat). Bu da büdcəni icra etməyə imkan vermir. Çünki büdcənin icrası üçün neftin hər barrelindən qacanc  ən azı 52,5 manat olmalıdır.

“Marja”nın hesablamalarına görə, bu gün Manat ifadəsində neftdən gəlirin 52,5 manat olması üçün 1 dollar 1,8 manata, 56 manatı qazanmaq və qarşıdakı neftin daha da ucuzlaşması ehtimalı nəzərə alınsa 1,9-2,2 manata bərabər olmalıdır. Yaranmış vəziyyət manatın növbəti 40-50%-lik devalvasiyasını qaçılmaz edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR