Logo

185 hektar ərazi minalardan təmizləndi - FOTO

185 hektar ərazi minalardan təmizləndi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

Sfera.az xəbər verir ki,bu barədə ANAMA-dan bildirilib.

Sentyabrın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 72, tank əleyhinə 6 mina və 121 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 185 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR