Bakıdan Batumiyə avtobus reysi açılır
Kateqoriya məlum deyil
Bakı Beynəlxalq Avtovağzalı iyul ayından etibarən beynəlxalq sərnişindaşıma sahəsində daha bir yeni istiqamət üzrə marşrut xəttini istifadəyə verir.
Dövlət Avtomobil Nəqliyyat Xidmətindən Ölkə.az-a verilən məlumatda bildirilir ki, yaxın vaxtlarda Bakı-Batumi reysi də fəaliyyətə başlayacaq. Reys həftənin 1, 3 və 5-ci günləri olmaqla saat 18:00-da Bakıdan yola düşəcək, çatma vaxtı növbəti gün saat 09:00-dur.
Biletlərin qiyməti 25 manat olacaq.






