Ceyhun Bayramov: “Şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad edirik”
Kateqoriya məlum deyil
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tvitter səhifəsində 27 sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Sfera.az xəbər verir ki, paylaşımda deyilir:
"27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günüdür. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!”.






