İlin tələbəsi: Deyirlər ki, oxuyan qız özünə baxmaz

İlin tələbəsi: Deyirlər ki, oxuyan qız özünə baxmaz

 

Təhsil aldığı 5 il ərzində bütün imtahanlardan 100 bal alan Türkan Muxtarova Azərbaycan universitetləri üzrə "İlin tələbəsi” adını qazanıb.

Ölkəmizdə və xaricdə keçirilən tədbirlərin aktiv üzvü, Qafqaz Unversitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunu Türkan Muxtarova "Qafqazinfo”ya müsahibə verib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

- Azərbaycan universitetləri üzrə "İlin tələbəsi” olmusuz, uğurunuzun əsas səbəbi nədir?

- Qafqaz Universitetində oxumaq mənim üçün həmişə bir xəyal idi, bunu həyatımda verdiyim ən doğru qərarlardan biri sayıram. Məncə, qazandığım hər bir uğurun əsas səbəbi ən başdan qarşıma qoyduğum məqsəddir. Birinci kursda müəllimim qiymətlərimizi soruşurdu. Bütün qrupun və mənim balım 90-dan yuxarı idi. Bizdən "90 olursa, niyə 100 olmasın” - deyə soruşdu.

O gün mən qarşıma hədəf qoydum. Düzdür, çox asan olmadı. Çox yoruldum, ruhdan düşdüm, hərdən ağladım, amma məni dəstəkləyən insanlar həmişə yanımda oldular. Bunun üçün də müəllimlərimə, qrup yoldaşlarıma və ən çox da valideynlərimə təşəkkür edirəm.

- Çox vaxt dərslərində əla qiymətlər alan tələbələrin ictimai fəaliyyəti olmur. Ancaq sizi daha çox tədbir və treyninqlərdə görürük, dərslərinizə mane olmadı?

- Sizə ictimai fəaliyyətə necə başladığımı deyim. Müəllimim 2-ci kursda bizdən CV yazmağı xahiş etmişdi. Mən öz CV-mi ilk dəfə onda yazdım və gördüm ki, tamamilə boşdur. Bəs məni başqalarından nə fərqləndirəcək? O gündən sonra tədbirlərdə iştirak eləməyə başladım. Xarici tədbirlərə müraciət etdim, əlbəttə, birinci məni seçmirdilər. Beş dəfə müraciət edirdimsə, birindən cavab gəlirdi, ya yox. Belə-belə CV-im gücləndi və hazırda beynəlxalq tədbirlərdə rahatlıqla iştirak edə bilirəm. Məncə, oxumaqdan əlavə insan daim öz üzərində işləməlidir. Bu mövzuda çox şanslıyam, çünki ailəm heç vaxt getmək istədiyim bir yerə qadağa qoymadı.

Savadlı qızlarımızın təhsilində maneələr görmək məni çox kədərləndirir. İstərdim ki, yaşıdlarım bacardığı qədər xarici ölkələrə getsinlər, görsünlər, öyrənsinlər. Tanıdıqları yeni insanlar onlara stimul verəcək.

- Cavablarından belə nəticəyə gəlmək olar ki, qərarlarında müəllimlərin rolu böyük olub.

- Ümumiyyətlə, oxuduğum universitetin mənim həyatımda və qərarlarımda rolu böyük olub. Müəllimlərimin məsləhətləri və dəstəyini daim hiss etmişəm.

- Siz Amerikada təhsil şansı qazanan ən şanslı tələbələrdənsiz, bildiyim qədər SUSİ proqramını qazanmaq elə də asan deyil. Necə seçildiniz?

- Keçən il Amerikanın mailiyyələşdirdiyi SUSİ proqramına seçildim və 5 həftə boyunca ordakı yay məktəbində iştirak etdim. Ora seçilmək mümkünsüz deyil. Bir az marağın, bir az ingilis dilin və mövzuyla bağlı öz düşüncə və fikirlərin varsa, niyə də sən yox? Bu il seçilməyənlər, bir də müraciət eləsin. Elə bilirsiz, mən birinci il keçmişəm? Mən əminəm ki, hər kəsə uyğun proqramlar var. Sadəcə, bizim gənclər axtarmağı sevmir.

- Çalışqan tələbələr çox zaman özünə baxmağa vaxt tapmır, təhsillə yanaşı hər zaman moda ilə də yaxından maraqlanırsınız.

- Dünən "İlin tələbəsi” olduğum üçün şəklim sosial şəbəkələrdə paylaşılmışdı, səhifələrdə krasovkalarıma ilişənlər burada məni daşlayacaq. Sadəcə belə deyim ki, mənə görə hər şeyə vaxt tapmaq olar. Bir xanım olaraq özümə baxmağı sevirəm. Məni ilk tanıyan insanlar inanmırlar ki, dərslərimə bu qədər vaxt ayırıram. Fikirləşirlər ki, bütün gün mağazalarda dolaşıb, kafe, restoran gəzirəm. 

- Təhsildən başqa sənə maraqlı olan, xobbilər nələrdir?

- Məni mən edən MUNs ( BMT simulyasiyası oyunları) olub. Bilmirəm xobbi kimi deyim, ya necə. Bundan 3-4 il əvvəl utancaq və düşündüyünü deməyə çəkinən Türkan, indi insanların qarşısında azad çıxış edir. Ətrafımda olan insanların demək olar ki, 90 faizini orada tanımışam. Gənclərimizə də məsləhət görərdim.

- Gələcək planlarınız nələrdir? Azərbaycanda, yoxsa xarici ölkədə təhsilinizi davam etdirib işləmək istəyərsiniz?

- Bundan 1 il əvvəl soruşsaydınız, deyərdim ki, əlbəttə, xaricə oxumağa gedirəm. Amma dövlət proqramı bağlandığı üçün məndə alınmadı. Hələ ki, yenidən müraciət etmək üçün gələn ili gözləyirəm. O vaxta qədər də işləməyi planlaşdırıram.

- Hazırda ölkəmizdə istedadlı gənclər üçün lazımi şərait var?

- Var. Ancaq kifayət qədərdirmi, bax orasını deyə bilmirəm. Əsas bir hədəfi olmaq və o hədəf üçün çalışmaqdır. İnsan məğlub olmaqdan qorxmamalıdır.

- Yaşıdlarınıza nəsə məsləhətiniz var?

- Düzü, verə biləcəyim məsləhətlərimi hər cavabımın sonunda az-çox demişəm. Çox istəyərdim ki, gənclərimiz tanımadığı insanları mühakimə etməyə tələsməsinlər. Elə bu yanlış anlaşılmalardan qorxduğu üçün çox insan üzə çıxmaq istəmir.


OXŞAR XƏBƏRLƏR

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inf...

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...

“Məsələyə Putinin özü qarışmalıdır” - Qüdrət Həsənquliyevdən SENSASİON MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliy...

Bu türk ölkəsinin baş naziri Füzulidə səfərdədir

Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. &nb...