Bərdədə kanalda batan şəxs axtarılır
Kateqoriya məlum deyil
Bərdədə kanalda 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.






