Qarabağda şərabçılıq inkişaf etdiriləcək – Rəsmi açıqlama
Kateqoriya məlum deyil
"Qarabağda şərab turizmi inkişaf etdiriləcək".
Sfera.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm Məhsulu şöbəsinin müdiri Şərifə Həsənova təqdimat çıxışı zamanı bildirib.
"Qarabağ ərazisində Xocavənd rayonu, Tuğ kəndi ərazisində şərab dequstasiyası ilə bağlı mərkəzlər yaradılacaq. Tuğ ərazisində əvvəllər şərab zavodu olub və bu zavod bərpa olunacaq. Orada xındoğlu üzüm növündən hazırlanan şərablar turistlər üçün təqdim ediləcək".Əzizə Zeynal






