Logo

"OBA" market ağacların kəsilməsi məsələsinə aydınlıq gətirdi

"OBA" market ağacların kəsilməsi məsələsinə aydınlıq gətirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"OBA” marketlər şəbəkəsi Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən "OBA” marketin qarşısında kəsilən ağaclar ilə bağlı rəsmi açıqlama yayıb.

"OBA” marketlər şəbəkəsindən Sfera.az-a verilən məlumata görə, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında kəsilən ağaclarla bağlı hadisədə heç bir əlaqəsi yoxdur.

Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, "OBA” marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə  kamera görüntüləri mövcuddur: Bir neçə gün öncə marketimizdə çalışan əməkdaşlarımız Ekologiya Nazirliyinin nümayəndələri olduğunu bildirən şəxslərə rəsmi şəkildə müraciət etməli olduqlarını, bundan sonra görüntüləri verə biləcəklərini  bildiriblər. "OBA” Marketlər şəbəkəsinə rəsmi şəkildə müraciət olunmadığı üçün təhlükəsizlik qaydaları nəzərə alınaraq  görüntülər təqdim olunmayıb”.

Fəzilət Səmədova əlavə edib ki, "OBA” marketlər şəbəkəsi nazirliyin rəsmi sorğusu gəldiyi təqdirdə görüntülərin ictimaiyyətə paylaşılmasında maraqlıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR