Logo

İnternet tariflərinin ucuzlaşması rəqabət mühiti yaradacaqmı? - Açıqlama

İnternet tariflərinin ucuzlaşması rəqabət mühiti yaradacaqmı? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qiymət hiss olunacaq dərəcədə aşağı düşməyib”.

Bu sözləri Sfera.az-a açıqlamasında internet eksperti Vahid Qasımov "Aztelekom” və "Baktelekom” MMC-nin internet tariflərinə dəyişiklik edərək, aylıq ödənişin 35 faizədək endirmələrinə münasibət bildirərkən deyib:

"Əslində bu, gecikmiş addımdır. Çoxdan bu istiqamətdə addım atılmalı idi. Bu illər ərzində internetdə bir neçə texnologiyadan istifadə edilib. Atılan addım naqilli provayderlərdə qiymət dəyişikliyinə gətirib çıxaracaq. Buna qədər mobil internet sürətini müqayisə edəndə paket sürətlərində biabırçı hallar ortaya çıxırdı. Bir tərəfdən, internet provayderləri 20-30 gb-lik sürəti 20-25 manata təqdim edirdi. O biri tərəfdən də "Baktelekom” və "Aztelekom” 2-3 gb sürət üçün 15-20 manat alırdı. Yəni onlar sürəti 10 dəfə aşağı etsələr də eyni qiyməti müəyyənləşdirmişdilər. Ona görə də sözügedən provayderlər qiymət endirimlərinə getməli idilər. Nəhayət, qismən buna getdilər. Paketlər dəyişməsə də, qiymətlər aşağı salındı”.

Ekspert qeyd edir ki, əslində qiyməti aşağı salmaqla sürəti yüksəltməli idilər: "Azərbaycanda optik provayderlərə keçənlərin sayı azdır. Əksəriyyət telefon xətlərinin üzərindən gedən internetdən istifadə etmək məcburiyyətindədir. Ölkədə 8 və 10 gb-lik paketlər satılsa da, realda telefon xətlərimiz saniyədə 6 gb-dan artıq sürət verə bilmir. Atılan addım rəqabət mühitini də formalaşdırmayacaq. Mövcud provayderlərin onsuz da yarısı sıradan çıxıb. Ona görə də atılan addım fonunda belə bu sahədə rəqabətdən söhbət gedə bilməz”.

Elçin
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR