Logo

BŞTİ-dən tədrisin ikinövbəli təşkili ilə bağlı AÇIQLAMA

BŞTİ-dən tədrisin ikinövbəli təşkili ilə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Məktəblərdə tədrisin ikinövbəli təşkili ilə bağlı müxtəlif fikirlər səslənir. Amma məktəb rəhbərləri və müəllimlər də birnövbəli tədrisə üstünlük verərdi”.

Sfera.az bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib. O bildirib ki, bir sıra məktəblərdə mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli dərslər zərurətdən irəli gələn seçimdir.

"Ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir. Xüsusən indiki pandemiya dövründə bu, ilk növbədə uşaqların və müəllimlərin sağlamlığına xidmət edir. Digər tərəfdən yəqin, hamının əsas arzusu ənənəvi tədrisin bərpasıdır”, - deyə qurum rəsmisi əlavə edib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR