Ən yaxşı mobil tətbiq hansıdır? - Ekpsertdən AÇIQLAMA
"Son illərdə bir neçə dövlət qurumu daha işlək və funksional, konkret vəzifələri, xüsusilə də kütləvi tələbat olan, populyar xidmətlərə yönəlik mobil tətbiqlər hazırlaya biliblər".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. İT üzrə ekspert əvvəlki illərdə mobil tətbiqlərin daha çox informasiya-məlumat yönümlü olaraq hazırlandığını qeyd edib:
"Funksionallıq, interaktivlik, xidməti tam əldə etməyə imkan verən hallar əvvəlki tip mobil resurslarda olmurdu.
Məsələn, "eAgro" ( K/T Nazirliyi ), "e-Tebib" ( NRYTN- Məlumat Hesablama Mərkəzi ) , "ƏMDK" ( Əmlak Məsələləri Dövlət Xidməti ), "e-Sosial" ( ƏƏSMN ), "MigAz" ( Dövlət Miqrasiya Xidməti ), "Azərişıq", "Azərsu" və s.
Son illər yaradılan Ədliyyə Nazirliyinin "Mobil Notariat”, Dövlət Gömrük Komitəsinin "Smart Customs”, ASAN-nın resursları və COVID-19-la bağlı yaradılan tətbiqlər daha çox diqqəti cəlb edib.
Hazırda 200-dək karqo şirkətinin xarici internet mağazalardan alış-veriş edən yüz minlərlə müştərisi, alqı-satqı və digər notarial hərəkətləri icra edən minlərlə istifadəçi "Smart Customs” və "Mobil Notariat”resursunun üzərində "oturub" daha rahat formada xidmətləri tam olaraq əldə edə bilirlər".Ekspert ən yaxşı və faydalı, daha çox vacib-populyar olan dövlət xidmətlərini əldə etməyə imkan verən mobil tətbiqləri aşağıdakı kimi sıralayıb:
"Adətən mobil tətbiqləri xarakterizə edəndə bu parametrlərə üstünlük verilir :
- funksionallıq- yüklənmə sayı
- istifadəçi rahatlığı
- aktiv istifadəçi sayı
- reytinq göstəricisi(istifadəçilərin verdiyi rəylər)
- yenilənmə tezliyi
- platformalardakı sıralanma
- təqdim etdiyi xidmətlərin sayı və s."
O. Gündüz bu parametrləri nəzərə almaqla, ictimai-faydalılıq və kütləvi tələbatı ödəmə baxımından dövlətə məxsus mobil tətbiqləri də bu şəkildə qruplaşdırıb:
1.Mobil Notariat
(vətəndaşın harada olmasından asılı olmayaraq digər vətəndaşa etibarnamə və ya ərizələrin verilməsi )
2. Smart Customs( gömrük bəyannamələrinin onlayn mühitdə təqdim edilməsi, sərhəd-buraxılışda onlayn növbə və s. xidmətləri almağa imkan verir )
3. ASAN növbə
(ASAN-da növbə götürməyə imkan verən yə aktiv istifadə olunan, xüsusilə də pandemiya dönəmində faydalılığı yüksək olan tətbiqdir)
4.myGov
(daha çox vətəndaşların fərdi məlumatlaraına baxmağa, bəzi xidmətlərə çıxışa, bəzi məlumatları arayış fromasında telefona yükləməyə imkan verir)5. eSosial
( informasiya –məlumat yönümlüdür)6. eTəbib
(informasiya-məlumat yönümlüdür)Əzizə Zeynal






