Sabah saat 23:21-də Azərbaycana... - Rəsədxanadan AÇIQLAMA
Kateqoriya məlum deyil
Sabah Azərbaycana payız fəsli daxil olacaq.
Bu barədə Sfera.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd edilib ki, sentyabrın 22-si saat 23:21-də ölkədə payız fəsli qeydə alınacaq.
"Bu halda payız gecə-gündüz bərabərliyi baş verir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır", - deyə rəsədxanadan bildirilib.
Qeyd edək ki, qış fəsli dekabrın 21-i saat 19:59–da Azərbaycana qədəm qoyacaq.
Türkan
Sfera.az






