Logo

Pasportun dəyişdirilməsi üzrə ilk aparat qurulub

Pasportun dəyişdirilməsi üzrə ilk aparat qurulub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Köhnə pasportunu dəyişmək istəyən Kopenhagen sakinləri indi  şəhər kitabxanalarından birində qurulmuş xüsusi aparatın köməyi ilə bunu sərbəst şəkildə edə bilərlər. Bu haqda "The Copenhagen Post” nəşri yazıb.

Sfera.az ictnews.az-a istinadən xəbər verir ki, sözügedən qurğu konsulluğa müraciət etmədən pasportun dəyişdirilməsi ilə bağlı bütün prosedurdan keçməyə imkan verir. Belə ki, aparat şəkil çəkməyə, hətta barmaq izini götürməyə imkan verir.

Xidmət yalnız Kopenhagen sakinləri üçün deyil, həm də bütün danimarkalılar üçün əlçatandır. Əcnəbilər əvvəlki kimi səfirlik və ya konsulluğa müraciət etməlidirlər.

Xidmətdən yararlanmaq üçün ilkin qeydiyyat lazımdır. Bunun üçün şəhərin rəsmi saytına daxil olmaq, aparatın yerləşdiyi vətəndaş mərkəzi ünvanını, həmçinin arzu olunan tarix və vaxtı seçmək lazımdır.

Aparatdan sürücülük vəsiqəsi və bəzi başqa sənədləri də almaq olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR